qürub, günəşin batması

ру закат; заход солнца en sunset; sundown de Sonnenuntergang fr coucher du soleil es puesta del sol it tramonto
qurutma sürəti
laminar axın
OBASTAN VİKİ
Günəşin batması
Günəşin batması (və ya gün batımı, qürub) – Günəşin Yer (və ya Günəş sistemindəki hər hansı digər astronomik obyektin) üfüqünün altında fırlanma səbəbindən itməsi, yoxa çıxması. Yer kürəsinin hər yerindən göründüyü kimi, qütblərə yaxın ərazilər istisna olmaqla, təxminən hər 24 saatda bir dəfə baş verən hadisədir. Ekinoks Günəş həm yaz, həm də payız bərabərliyi anında qərbə doğru qürub edir. Şimal yarımkürəsindən göründüyü kimi, Günəş yazda və yayda şimal-qərbə, payız və qışda isə cənub-qərbə doğru qürub edur; Bu fəsillər Cənub yarımkürəsi üçün əksinə olur. Faktiki günbatımı - astronomiyada Günəşin yuxarı hissəsinin üfüqün altında yox olmasına iki dəqiqə qalmış kimi müəyyən edilir. Üfüqün yaxınlığında atmosfer sınması günəş işığı şüalarının o dərəcədə təhrif edilməsinə səbəb olur ki, həndəsi cəhətdən günəş diski qürub müşahidə edildikdə artıq üfüqdən təxminən bir diametr aşağıda olur. Günəşin batması üç mərhələyə bölünən alatoranlıqdan fərqlənir. Birincisi, Günəş üfüqün altında itdikdən sonra başlayan və üfüqdən 6 dərəcə aşağı enənə qədər davam edən mülki alatoranlıqdır. İkinci mərhələ üfüqdən 6 ilə 12 dərəcə aşağıda olan dəniz alatoranlığıdır. Üçüncü mərhələ Günəşin üfüqdən 12 ilə 18 dərəcə aşağıda olduğu dövr olan astronomik alatoranlıqdır.
Qürub
Qürub və ya Günbatımı — Yerin öz ətrafında fırlanmasının nəticəsi olaraq Günəşin üfüqün aşağısında qeyb olmasıdır.
Dırnaq batması
Onixokriptoza və ya dırnaq batması — dırnaq batması ilə müşahidə olunan xəstəlikdir Dırnaq batması gündəlik həyatda tez-tez rast gəlinən və dözülməz ağrılarla müşahidə olunan xəstəlikdir. Xəstəliyə daha çox ayaq, xüsusilə də baş barmaq dırnağında rast gəlinir: dırnağın kənarları dırnaq yatağının içərisinə doğru inkişaf edir, ətrafdakı yumşaq toxumalarda iltihabi prosesə səbəb olur. Onixokriptoz irsi, düzgün seçilməyən ayaqqabı, göbələk infeksiyası, ayaqların çox tərləməsi, travma, dırnağın düzgün kəsilməməsi səbəbindən yarana bilər. Dırnaq batması özünü birdən-birə büruzə vermir. İlk vaxtlar həmin nahiyədə həssaslıq və yüngül qızartı müşahidə olunur, xüsusilə dar ayaqqabı geyinəndə və uzun müddət ayaq üstə duranda ağrılar müşahidə edilir. Proses dərinləşdikcə ətraf toxumalar iltihablaşır. Barmaq uclarında, xüsusilə dırnaq ətrafında sinir ucluqları olduqca çoxdur. Yaranan iltihabi proses zamanı zədələnən sinirlər xəstədə dözülməz ağrılara səbəb olur. Ətraf toxumalar qızarır, ödemləşir, dırnağın altından irin xaric olur. Dırnağı batan barmaq ümumilikdə göyümtül-qırmızı rəng alır, şişkinləşir, ölçüləri böyüyür.
Günəşin məhbusları
Günəşin məhbusları — Belçikalı Hergénin komiksi Tintinin macəralarının 14-cü hissəsidir.
Günəşin qızları
Güneşin Kızları (azərb. Günəşin Qızları‎) – baş rollarda Emre Kınay, Evrim Alasya, Tolga Sarıtaş, Burcu Özberk, Hande Erçel və Berk Atan'ın çəkildiyi, rejissoru Sadullah Çelenin olduğu Türk komediya serialı. Serial 19 mart 2016-cı ildə yayımlanan 39-cu bölümü ilə sona çatdı.
Günəşin doğması
Günəşin doğması (və ya günəşin çıxması) – səhər saatlarında Günəşin yuxarı kənarının üfüqdə göründüyü an. Termin eyni zamanda günəş diskinin üfüqdən keçdiyi bütün prosesə də aid edilə bilər. Günəşin batmasının əksidir.
Yamacların yatması (batması)
Yamacların yatması (rus. оседание склонов, ing. subsidence of slopes) — N. Sokolova görə çat və pozulmalar boyunca yamaclarda süxurların bloklar boyunca batmasıdır. Uçqunların əmələ gəlməsində böyük rol oynayır.
Günəşin övladları (mif)
Günəşin övladları — azərbaycanlıların mifologiyasında təbiət cisimləri ilə bağlı anlayış. Qaynağı Azərbaycan ritual nəğmələridir. == Ritual nəğmələrində təsviri == === Birinci versiya === Kainatın yaradıcısı və idarəçisi olan Günəşin həddin artıq övladları, nəvə və nəticələri var. Qış aylarında o, yaratdığı dünyanı övladlarına tapşıraraq kəhər atın üzərində səyahətə çıxır, kainatı gəzib-dolaşır. Gün Atanın övladlarından Qış, Duman və Bulud (Keçəl qız) onun istəklisi Şüanı (Saçlı qızı) əsir edib, təndirə salırlar. Qış, Duman və Bulud Saçlı qızın törəmələri və Gün Atanın istəkli nəvələri olan insanlardan üz döndərir, onları Soyuğun, Şaxtanın və Qarın ixtiyarına buraxırlar. Qış, Duman və Bulud meşələri, çəmənləri, dağları işğal edir, canlılara əziyyət verirlər. Günəşin dağların ardında yoxa çıxdığını görən insanlar fikirləşirlər ki, o, xəstələndiyinə görə evində yatır, buna görə də ətrafı Qara bürüyüb. İnsanlar Qışın azğınlığını dayandırmaq üçün Yel Babanı Günəşin yanına göndərirlər. Günəş geri qayıtdıqdan sonra Saçlı qızı əsirlikdə olduğu təndirdən xilas edir, naxələf övladlarını cəzalandırır.
Təəssürat, günəşin doğuşu
Təəssürat, günəşin doğuşu (fr. Impression, soleil levant) — Klod Mone tərəfindən çəkilmiş və ilk dəfə 1874-cü ilin aprelində Parisdə "İmpressionistlərin sərgisi"ndə nümayiş olunmuş rəsm əsəri. Belə ki, sərginin adından başa düşüldüyü kimi bu əsər impressionizm cərəyanının təsirinə məruz qalmışdır. Mone "Təəssürat, günəşin doğuşu" əsərində özünün doğulduğu şəhər olan Havr şəhərinin limanını təsvir etmişdir. Hal-hazırda bu əsər Marmottan-Mone muzeyində (Paris) sərgilənməkdədir. Mone 1872-ci ildə Fransanın şimal-qərbində yerləşən, doğulduğu şəhər olan Havr şəhərinə gəlir və burada yaradıcılığına Havr şəhərinin limanını təsvir etdiyi şəkillərlə davam edir. Onun çəkdiyi müxtəlif rəsmlərdən limanın "günün sübh, gündüz, alatoranlıq, qaranlıq periodlarında və fərqli görüş nöqtələrindən - suyun özündən və ya otel otağından" təsvir edildiyi aydın olur. "Təəssürat, günəşin doğuşu" əsəri 1874-cü ildə Parisdə keçirilən "Rəssamlar, Heykəltaraşlar, Həkkaklar və s." sərgisində nümayiş etdirildikdən sonra yuxarıda qeyd olunan əsərlər içərisində ən məşhuru olmağı bacardı. Otuz iştirakçı olmasına baxmayaraq sərgiyə, əsasən, Mone, Edqar Deqa, Kamil Pissarro, Pyer-Ogüst Renuar, Alfred Sisley rəhbərlik edirdi və burada təqribən 200-ə yaxın əsər 4000-dən çox insana nümayiş olundu. Hətta sərgidəki həmin əsərlərin bir qisminin sərt təndiqlərə məruz qalması da aşkardır.
MV Sevol gəmisinin batması
MV Sevol gəmisinin batması və ya Sevol fəlakəti (Koreya dilində: 세월호 침몰 사고, 世越號沈沒事故) 16 aprel 2014-cü ildə səhər saatlarında Cənubi Koreyanın Donggeochado adası yaxınlığında MV Sewol bərəsinin batmasıdır. Əksəriyyəti Ansan şəhərindəki Danvon Liseyinin şagirdləri olan 476 nəfəri daşıyarkən bərə aşmışdır. Qəza nəticəsində 304 sərnişin və ekipaj üzvü həlak olmuş və təxminən 172 sağ qalan insan isə Koreya Sahil Mühafizəsi, balıqçı qayıqları və digər ticarət gəmiləri tərəfindən xilas edilmişdirlər. 15 may 2014-cü ildə bərənin kapitanı və üç ekipaj üzvü cinayətdə, digər 11 ekipaj üzvü isə gəmini tərk etməkdə ittiham olunmuşdurlar. Sevol fəlakəti Cənubi Koreyada geniş ictimai və siyasi reaksiyalara səbəb olmuşdur. Bir çoxları kapitanın və ekipajın hərəkətlərini və eyni zamanda da bərə operatorunun və müəssisələrə nəzarət edən tənzimləyicilərin hərəkətlərini tənqid etmişdirlər. Xüsusilə, Cənubi Koreya hökuməti və mediası fəlakətdə öz məsuliyyətlərini lazımi səviyyədə qiymətləndirmədiklərinə və hökumətin səhlənkarlığına görə tənqid olunmuşdurlar.
MV Sewol gəmisinin batması
MV Sevol gəmisinin batması və ya Sevol fəlakəti (Koreya dilində: 세월호 침몰 사고, 世越號沈沒事故) 16 aprel 2014-cü ildə səhər saatlarında Cənubi Koreyanın Donggeochado adası yaxınlığında MV Sewol bərəsinin batmasıdır. Əksəriyyəti Ansan şəhərindəki Danvon Liseyinin şagirdləri olan 476 nəfəri daşıyarkən bərə aşmışdır. Qəza nəticəsində 304 sərnişin və ekipaj üzvü həlak olmuş və təxminən 172 sağ qalan insan isə Koreya Sahil Mühafizəsi, balıqçı qayıqları və digər ticarət gəmiləri tərəfindən xilas edilmişdirlər. 15 may 2014-cü ildə bərənin kapitanı və üç ekipaj üzvü cinayətdə, digər 11 ekipaj üzvü isə gəmini tərk etməkdə ittiham olunmuşdurlar. Sevol fəlakəti Cənubi Koreyada geniş ictimai və siyasi reaksiyalara səbəb olmuşdur. Bir çoxları kapitanın və ekipajın hərəkətlərini və eyni zamanda da bərə operatorunun və müəssisələrə nəzarət edən tənzimləyicilərin hərəkətlərini tənqid etmişdirlər. Xüsusilə, Cənubi Koreya hökuməti və mediası fəlakətdə öz məsuliyyətlərini lazımi səviyyədə qiymətləndirmədiklərinə və hökumətin səhlənkarlığına görə tənqid olunmuşdurlar.
Günəşin işığı (film, 2007)
Günəşin işığı (ing. Sunshine) — rejissor Denni Boylun çəkdiyi və 2007-ci ilin aprelində ekranlara çıxan elmi-fantastik triller. Hadisələr 2057-ci ildə cərəyan edir. Günəş yavaş-yavaş sönməkdədir. Bu isə Yerin məhvi deməkdir. "İkar-2" kosmik gəmisinə Günəşə yaxınlaşmaq və ora nüvə silahı atıb onu yenidən alovlandırımaq tapşırılır. Lakin sonradan aydın olur ki,bu heç də asan iş deyilmiş... == Rollarda == Rouz Birn - Keysi,pilot Klif Kürtis - Meys,kompüter mütəxəssisi Mişel Yeo - Korasa,botanik Hiroyuki Sanada - Keneyda == Maraqlı faktlar == Filmdə kosmik gəminin adı qədim yunan əsatirlərinin qəhrəmanı İkardan götürülüb.İkar və onun atası Dedal Krit adasında yaşamağa məhkum edilmişlər.Lakin bir gün İkar özünə qanad düzəldərək göyə uçur.Lakin,Günəşin şüaları onun qanadlarını əridir və İkar yüksək hündürlükdən suya düşərək ölür. Bu əfsanə metaforadır-müəyyən sədd vardır ki,insan o səddi aşmaq gücündə deyil. Müasir araşdırmalar göstərir ki, Günəşdə olan nüvə enerjisi ona ən azı 4.5 milyard il bugünkü kimi parlamağa kifayətdir.
Qürub çağı kənd (rəsm əsəri)
Qürub çağı kənd — 1884-cü ildə Vinsent van Qoq tərəfindən yağlı boya ilə çəkilmiş rəsm əsəri. Hal hazırda Amsterdamdakı Reyksmüzyem muzeyində nümayiş olunur.
Sübh adasında qürub (film, 1987)
Film Kür-Araz qovşağında, Neftçala bölgəsində yaşayan sahibsiz at sürüləri haqqında söhbət açır.
Günəşin batdığı yer (film, 2012)
== Məzmun == Film erməni vəhşiliyi nəicəsində xüsusi amansızlıqla qətlə yetirilmiş 613 nəfərdən çox Xocalı sakininin taleyindən, hadisələrin mahiyyətindən, faktlardan və baş vermiş soyqırımından bəhs edir. == Film haqqında == Film Bakı şəhərində və Goranboy rayonunun Ağcakənd qəsəbəsində lentə alınıb. Bu qəsəbədə Xocalıdan olan məcburi köçkünlər məskunlaşıb. 1500 nəfərdən çox əhalinin çəkildiyi kütləvi səhnələr torpaqlarımızın düşmən tapdağından azad olunacağına bəslənən inamın təzahürüdür. Film hadisələr zamanı öz doğma övladını boğmağa məcbur olmuş bir ananın dəhşətli hekayəsinin fonunda təqdim edilir. Həmçinin, Xocalıdan qaçmağa məcbur edilmiş və bütün qırğınları öz gözləri ilə görmüş şahidlərin tükürpədici müsahibələri, açılmış cinayət işinin Beynəlxalq konvensiyalara görə soyqırımı olmasını təsdiq edən faktlar, canlı xronika filmin əsas süjetini təşkil edur. Azərbaycanda indi də yaşamaqda olan erməni milliyətindən olan insanların xoşbəxt həyatına baxmayaraq azərbaycanlılara qarşı bədnam qonşularımızın törətdiyi vəhşiliklər əslində kimin kim olduğu barədə danlması mümkün olmayan həqiqəti ortaya qoyur. Ekran əsəri Xocalı soyqırımı haqqında faktları tam əks etdirməklə əslində əsl həqiqət haqqında toplu şəklində təqdim edilib. Film ingilis, rus, fars və erməni dillərinə tərcümə edilib və nümayiş etdirilib. Bədii səhnələrdə aktrisa Aybəniz Əhmədova çəkilib.